Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilib

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib.

Tədbirdə ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri, orada yaşayan azərbaycanlı ailələr və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov rəhbərlik etdiyi qurum tərəfindən Azərbaycan həqiqətlərinin çatdırılması məqsədilə görülən işlərdən söhbət açıb.

Misirdəki səfirliyimizin əməkdaşı Emil Rəhimov Azərbaycan dilinin Misirin mötəbər universitetlərində 600-dən çox tələbəyə öyrədilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Bu fəaliyyətlərin ölkəmizi tanıtmaq istiqamətində mühüm amillərdən biri olduğunu bildirib.

Rəsmi hissədən sonra, iftar süfrəsi açılıb və uşaqlara hədiyyələr təqdim olunub.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilib

14 İyun 2018

By
@
backtotop