“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinə müraciət başladı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan gənc diaspor nümayəndələrini Diaspor Gənclərinin I Yay Düşərgəsinə dəvət edir.

15-20 avqust 2018-ci il tarixində təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.

İştirakçı seçimi meyarları:

· 18-29 yaş qrupunda olmalı;

· Azərbaycan dilində ünsiyyət bacarığı;

· Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;

· Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.

İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 iyun, 2018-ci ilə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

· Ərizə forması

· Dəstək məktubu (Üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan)

· Pasportun surəti

Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 İyun 2018

By
@
backtotop