Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Koreyanın ətri” konserti təşkil edilib

Koreya XİN-nin mədəniyyət işləri üzrə baş direktoru: “Azərbaycanla Koreyanın iki ən yaxın dost ölkə olacağına inanıram”
Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Koreyanın ətri” konserti təşkil edilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib gələrək sülh və tərəqqiyə nail olduğunu söyləyib.

Koreya səfiri deyib ki, burda koreyalı, azərbaycanlı ifaçılar caz musiqisi və rəqslər nümayiş etdirəcək, Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri caz musiqisi ilə sintez şəkildə təqdim ediləcək. Azərbaycana ilk dəfə səfər edən Koreya Xarici İşlər Nazirliyinin mədəniyyət işləri üzrə baş direktoru Hong Seok hər iki ölkənin Altay dil qrupuna aid olduğunu nəzərə çatdırıb: “Mədəni və emosional oxşarlıqlarımız da çoxdur. İkitərəfli əlaqələrimiz 1992-ci ildən inkişaf edir. Daha da önəmlisi odur ki, son dövrlərdə vətəndaşlarımız bir-birini tanımaq üçün könüllü mübadiləyə başlayıblar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini görmək üçün ölkənizə səfərlər edir. Koreya mədəniyyəti ilə maraqlanan azərbaycanlıların da sayı artmaqdadır. Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların sayının artacağına əminəm. Mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi daha da ağırlaşacaq”.

Koreya XİN rəsmisi deyib ki, Azərbaycanda “Könülün yolu ən qısa yoldur” kimi ifadə var: “İnanıram ki, bu konsert bu yolun açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla Koreyanın iki ən yaxın dost ölkə olacağına inanıram”.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn də çıxışında Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin tarixindən danışıb, hazırda bir çox sahələrdə əməkdaşlığın davam etdiyini bildirib: “Keçirilən tədbirlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Ölkələrimiz arasında beynəlxalq, regional təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur. Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstəriləcək”.

Konsert musiqi və rəqs nümayişləri ilə davam etdirilib.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

03 İyun 2018

By
@
backtotop