Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Zati-aliləri, əziz qardaşım. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan sıx qardaşlıq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimizin ikitərəfli münasibətləri xalqlarımızın ortaq maraqları naminə gələcək illərdə daha da güclənəcək.

Zati-aliləri, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Biz Pakistanda azərbaycanlı qardaşlarımızın bu bayram gününün sevincini bölüşürük.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

İndoneziya Respublikasının Prezidenti Coko Vidododan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Zati-aliləri. İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Arzu edirəm ki, bu bayram Sizə və Azərbaycan xalqına uzunmüddətli rifah və tərəqqi gətirsin.

Mən İndoneziya və Azərbaycanın illər ərzində qarşılıqlı etimad və hörmətə əsaslanan səmimi münasibətləri bölüşdüyünü qeyd etməkdən məmnunam. Ümid edirəm ki, xalqlarımızın tərəqqisi və firavanlığı naminə gələcəkdə də birgə çalışacaq, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan:

“Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan dövlətçiliyinin əsası qoyulmuşdur. Ötən dövr ərzində Azərbaycan mühüm uğurlara imza atmışdır və iqtisadiyyatda, elmdə, mədəniyyətdə əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi sahəsində böyük müvəffəqiyyətlər qazanmışdır.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına isə daimi tərəqqi, sülh və rifah arzulayıram”.

XXX

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident. Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaqdır.

Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.

XXX

San-Marino Respublikasının Kapitan Regentləri Stefano Palmieridən, Matteo Çiaççidən:

“Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırır, Sizə firavanlıq, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayırıq.

Zati-aliləri, xahiş edirik, Sizə olan ən yüksək ehtiramımızı qəbul edəsiniz”.

XXX

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti Levent Kafkaslıdan:

“Möhtərəm cənab Prezident. Milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Zati-alinizə və Azərbaycan xalqına “TEKFEN İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin böyük əməyiniz sayəsində həyata keçirilən və qardaş Azərbaycan xalqının milli maraqlarını əks etdirən siyasət nəticəsində Azərbaycan dünya miqyasında layiqli yer tutaraq, beynəlxalq birliyin fəal və nüfuzlu üzvünə çevrilmişdir. İldən-ilə müasirləşən, beynəlxalq nüfuzunu gündən-günə artıran, xarici sərmayələr üçün getdikcə daha açıq olan Azərbaycan Respublikasında nümunəvi sabitlik şəraitində 23 ildən çoxdur irimiqyaslı layihələri gerçəkləşdirməkdən qürur hissi keçirən bir şirkət kimi, gələcəkdə də dost və qardaş Azərbaycanın daha sürətli inkişafı naminə xidmət etməyə hazır olduğumuzu bildiririk.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı xalqın sevincini paylaşaraq, bu əlamətdar və tarixi hadisəyə həsr olunmuş Tekfen Filarmoniya Orkestrinin “100 il” adlı konsertinin təşkil ediləcəyindən şərəf duyuruq.

Möhtərəm cənab Prezident, Sizi bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan Respublikasına daim sülh, rifah və əmin-amanlıq arzulayıram”.

XXX

Moldova Demokratik Partiyasının sədri Vlad Plahotnyukdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Zati-aliləri. Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Moldova Demokratik Partiyası adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu əlamətdar yubiley ölkə vətəndaşlarının öz tarixinə dərin ehtiram bəsləməsi və ona nə qədər bağlı olduğunu nümayiş etdirməsi, eləcə də ölkənizi rifah və inkişaf yolu ilə irəli aparmaq barədə düşünməsi üçün daha bir imkandır.

Bu bayram günündə bir daha əminliklə deyə bilərəm ki, Azərbaycan və Moldova arasında əməkdaşlıq münasibətləri gələcək illərdə də davamlı və müsbət məcrada inkişaf edəcək.

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan:

“Möhtərəm İlham Heydər oğlu. Dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu gün Sizin qurucu fəaliyyətiniz və Azərbaycan sakinlərinin əməksevərliyi respublikada sülhün və sabitliyin qorunub saxlanmasına, iqtisadiyyatın inkişafına və insanların həyatının yaxşılaşmasına çox kömək edir.

Bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, sülh və əmin-amanlıq, gözəl diyarınıza isə bundan sonra da iqtisadi tərəqqi, mənəvi və mədəni inkişafın xeyirxah ənənələrini qoruyub saxlamağı və zənginləşdirməyi arzu edirəm.

Azərbaycan Respublikasının rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə uğurlar diləyirəm”.

XXX

Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən xoş arzularımı və təbriklərimi çatdırıram.

Arzu edirəm ki, qarşıdakı illər Sizin və ölkəniz üçün firavan və xoşbəxt illər olsun”.

XXX

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən:

“Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına firavanlıq arzularımı qəbul edin.

2017-ci ilin oktyabr ayında ölkənizə səfərim zamanı qurulmuş dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm.

Mən əminəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələr gələcəkdə də xalqlarımızın mənafeyi naminə dostluq və xoş niyyət ruhunda inkişaf edəcəkdir.

Sizə Azərbaycan Respublikasının tərəqqi və inkişafı yolunda ali dövləti fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

XXX

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

“Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri professor Dr.Üsəmə əl-Abddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

“Xalqınızın milli bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Misir parlamentinin dostluq qrupunun üzvləri adından və şəxsən öz adımdan Sizə səmimi qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuruq. Qardaş Azərbaycan xalqının istək və arzularını həyata keçirmək yolunda Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirik.

Cənab Prezident, Sizin dost Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə uğurlu islahatların, həmçinin ölkənizdə və beynəlxalq müstəvidə səylərinizin Azərbaycanın beynəlxalq mövqeyini, birlik və müstəqilliyini gücləndirməsinin şahidiyik. Sizin Azərbaycanın milli, mədəni və dini plüralizm dəyərlərinə göstərdiyiniz ehtiram nəticəsində Azərbaycan regionda və dünyada dinlər və sivilizasiyalararası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir.

Qardaş Azərbaycan xalqının mənafeyi naminə ölkənizin daha da inkişafı və tərəqqisi üçün Allahdan Sizə uğurlar diləyir, qardaş ölkənizə davamlı əmin-amanlıq və sülh arzumuzu çatdırırıq.

Misir və Azərbaycan parlamentləri arasında ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün Allahın bizə yardımçı olmasını diləyirik.

Nəcib şəxsinizə olan iftixar və hörmətimizi ifadə edərək, hər iki dövlətin müdrik rəhbərlərinin dövründə qardaş ölkələrimizə inkişaf və rifah arzulayırıq”.

XXX

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı İrina Vlaxdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

“Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcra Komitəsi adından Sizə dərin hörmət və ehtiramımı çatdırıram.

Çox hörmətli cənab Prezident, Qaqauz Yeri Muxtar Ərazisinin rəhbərliyi və əhalisi adından Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu şanlı və önəmli tarix Azərbaycan xalqının yaddaşında ən parlaq və mühüm günlərdən biri kimi daim qalacaqdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxmillətli Azərbaycan xalqının vahidliyinin, onun azadlıq və ədalətə inamının rəmzi olmuşdur.

Bu gün Azərbaycan Respublikası özünəməxsus nadir tarixi və qeyri-adi mədəni irsi olan müstəqil ölkədir. O, nəinki özünün təkrarolunmaz və əvəzsiz gözəlliyi və torpağı ilə, eləcə də müsəlman Şərqində ilk demokratik dövlət olması ilə də seçilir.

Səmimi qəlbdən Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, sabitlik və əmin-amanlıq, gələcəyə inam arzu edirəm.

Qoy Azərbaycanın gözəl torpağında hər zaman sülh və rifah, birlik və qarşılıqlı anlaşma hökm sürsün! Bu bayram Azərbaycanın hər bir sakininin qəlbini vəhdət, dostluq, zəngin və demokratik ailəyə mənsubluq qüruru ilə doldursun!

Cənab Prezident, fürsətdən istifadə edərək, bir daha Sizə öz dərin izzət və ehtiramımı ifadə edirəm”.

XXX

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsəndən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türk Şurasının Katibliyi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi çatdırıram.

Yüz illiyini qeyd etdiyimiz respublikamız Sizin uğurlu siyasətiniz və liderliyiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir və dünya arenasında yerini və nüfuzunu gündən-günə daha da möhkəmlətməkdədir.

Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulamaq istəyirəm ki, verdiyiniz mühüm töhfələr nəticəsində türk dünyası birliyi, bərabərliyi daha da möhkəmlənmiş və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoymuşdur.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına isə rifah və firavanlıq arzu edirəm”.

XXX

Los-Ancelesdəki yəhudi icmasının liderləri adından Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

“Los-Ancelesdəki yəhudi icmasının liderləri olaraq, müsəlman dünyasında ilk dünyəvi respublika (1918-1920) və qadınlara səsvermə hüququ vermiş (1919) ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Çox şadıq ki, Azərbaycan xalqı bu tarixi ildönümü özünün yenidən müstəqil olan və çiçəklənən dövləti – Azərbaycan Respublikası ilə qeyd edir.

Sovet İttifaqının süqutundan ötən 27 il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, bölgədə önəmli iqtisadi gücə və beynəlxalq səviyyədə nüfuzlu bir dövlətə çevrilib.

Enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə mübarizə və iqtisadiyyatın şaxələndirilməsinədək bir çox mühüm sahələrdə əməkdaşlığı davam etdirən Azərbaycan ilə ABŞ arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan və Bakıda səfirliyini təsis edən İsrail ilə Azərbaycan arasında yaxın dostluq münasibətlərinə də böyük dəyər veririk. Ötən dövr ərzində Azərbaycan-İsrail tərəfdaşlığı inkişaf edərək iki ölkə üçün yüksək önəm daşıyan bir çox sahələri əhatə edib.

Bu nümunəvi ikitərəfli münasibətlər, eləcə də hər iki ölkənin xalqları arasındakı əlaqələr gündən-günə güclənərək sarsılmaz və davamlı körpülərin yaranmasına gətirib çıxarıb.

İki min ildən çoxdur Azərbaycanda yaşayan qədim yəhudi icması Azərbaycan ilə İsrail arasında bu körpülərin saxlanılmasında mühüm rol oynamaqdadır ki, bu da nadir bir fenomendir. Qeyri-sabit regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda antisemitizmin hər hansı bir formasının mövcud olmaması, həmçinin müsəlman, yəhudi və xristianların bütün hüquq və azadlıqlara malik olaraq, sabit və təhlükəsiz şəraitdə dinc birgə yaşamaları Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və qarşılıqlı hörmət mühitinin mövcudluğunun bariz göstəricisidir. Sizin uzaqgörən liderliyiniz və bir-biri ilə ahəng təşkil edən bu dəyərlərin bir müstəsna hal deyil, gündəlik həyat tərzi olmasını təmin etmək istiqamətində göstərdiyiniz nümunə olduqca təqdirəlayiqdir.

Los-Ancelesdəki yəhudi icması Azərbaycanın buradakı Baş konsulluğu ilə bir çox siyasi və mədəni məsələlər, o cümlədən burada yerli icmaların ölkənizdə yüksək hörmət göstərilən yəhudi icması və Azərbaycanın İsrail Dövləti ilə möhkəm tərəfdaşlığı barədə məlumatlandırılması sahələrində açıq dialoq və sıx münasibətlər saxlanmaqdadır.

Bu tarixi ildönümü münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ölkənizə böyük uğurlar və davamlı tərəqqi arzulayırıq”.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 May 2018

By
@
backtotop