Bolqarıstanda Respublika Günü qeyd olunub

Bolqarıstanda 28 may – Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən APA-ya bildirilib ki, qəbulda Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, energetika naziri Temenujka Petkova, Dövlət Kəşfiyyat Agentliyinin sədri Draqomir Dimitrov, Elmlər Akademiyasının Prezidenti Yulian Revalski, vitse-prezidenti Vasil Nikolov, Azərbaycan – Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid, XİN-in ikitərəfli münasibətlər üzrə baş direktoru Kostadin Kocabaşov, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet və hərbi akademiyaların rektorları, muzey direktorları, həmçinin ölkənin siyasətçiləri, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

N. Qurbanova həmin günü Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşına bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğunu qeyd edib.

Səfir əlavə etmişdir ki, prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan müasir, dünyəvi və öz tarixi ilə qürur duyan müstəqil dövlətdir və böyük arzularla gələcəyə baxaraq canlı və multikultural cəmiyyətin inkişafı yolunda əmin addımlarla irəliləyir.

İliyana Yotova Birinci Dünya müharibəsinin sonunda, Şərqdə bir qrup insan tərəfindən respublika və parlamentin yaradılmasının, demokratiya və parlamentarizmdən bəhs edən “İstiqlal Bəyannaməsi”nin elan olunmasının çox məşəqqətli olduğunu ifadə edən ali qonaq son dərəcə mürəkkəb tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən məktəb, uşaq bağçası, ali təhsil müəssisələrinin açıldığını, parlamentin Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdiyini xatırlayıb.

Temenujka Petkova isə Azərbaycanın Bolqarıstan üçün böyük dost olduğunu ifadə edib.

Tədbirdə, baş prodüseri Arzu Əliyeva olan və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə çəkilmiş “Əbədi ezamiyyət” bədii-sənədli filmi bolqar dilinə tərcümə edilərək alt yazı ilə nümayiş olunub.

Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş sonuncu buraxılışı və bolqar dilində nəşr olunmuş “Müasir Azərbaycan antologiyası” kitabından ibarət sərgi təşkil edilib.

Mövzu
Oxşar xəbərlər

Bolqarıstanda Respublika Günü qeyd olunub

26 May 2018

By
@
backtotop