Gürcüstan, Kipr və Türkiyədə 28 May Cümhuriyyət Günü ilə bağlı tədbirlər keçiriləcək

İslahatçı Gənclər İctimai Birliyi “Cümhuriyyətimiz 100 yaşında” devizi ilə beynəlxalq tədbirlərə start verir

Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq, vətəndaş cəmiyyətinin fəalları da bir sıra tədbirlər həyata keçirməkdədirlər. Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində hər zaman fəallıq nümayiş etdirən İslahatçı Gənclər İctimai Birliyi yaxın 10 gün ərzində bir-neçə ölkədə “Cümhuriyyətimiz 100 yaşında” devizi ilə tədbirlər təşkil edəcək.

İGİB sədri Fərid Şahbazlının Diaspora.az saytına verdiyi məlumata görə, May ayının 23-də Tbilisi şəhərində yerləşən Gürcüstan Texniki Universitetində “Gürcüstan və Azərbaycan: Cümhuriyyətimiz 100 yaşında” adı altında konfrans keçiriləcək. Gürcü və azərbaycanlı gənclərin, vətəndaş cəmiyyəti fəalları və media nümayəndələrinin iştirak edəcəyi konfransda hər iki ölkənin Cümhuriyyət tarixi barədə danışılacaq və məruzələr dinləniləcək. Fərid Şahbazlının sözlərinə görə, növbəti tədbirlər Kipr və Türkiyədə keçiriləcək və həmin tədbirlərdə Azərbaycandan da qonaqlar qatılacaqlar.

Cümhuriyyət Gününə həsr olunmuş bu tədbirlərdə yaxından iştirak edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirdi ki, May ayının 29-da Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Kipr Elm Universitetində “Cümhuriyyətimiz 100 yaşında” adlı konfrans keçiriləcək, Kiprin tanınmış ictimai-siyasi xadimləri, gənclər və media nümayəndələri həmin konfransda iştirak edəcəklər. Daha sonra Kipr Televiziyasında Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş verilişlər yayımlanacaq.

“Cümhuriyyətimiz 100 yaşında” devizi altında Türkiyənin İstanbul şəhərində də bir sıra tədbirlər keçiriləcək və Türkiyə televiziyalarında müsahibələr yayımlanacaq.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

21 May 2018

By
@
backtotop