Gənclərin ən böyük tədbiri olan “YouthSpeak Forum 2018” keçiriləcək

May 20-də beynəlxalq gənclər təşkilatı, “AIESEC Azərbaycan” təşkilatı ən böyük tədbiri olan “YouthSpeak Forum 2018”i təşkil edəcək.

Təşkilatdan Trend-ə verilən məlumata görə, konfrans “Pullman” hotelində baş tutacaq.

“YouthSpeak Forum” ənənəvi bir konfransdır və gənclərin bir araya toplanılması, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri barəsində diskussiyaların aparılması və Azərbaycanın korporativ sektorunun aparıcı şirkətlərindən yüksək ixtisaslı natiqlər tərəfindən iclasların keçirilməsinə yönəldilmiş bir tədbirdir. Burada spikerlər və digər nümayəndələrlə ünsiyyət qurmaq, onlardan qiymətli məsləhətlər əldə etmək, şəxsi və peşəkar inkişafınıza, sosial problemlər haqqında biliklər qazanmaq, həmçinin valehedici AIESEC atmosferində iştirak edə bilərsiniz. Forumda danışacaq peşəkarlar arasında Qulam İsakzai (UNDP-nin rəsmi təmsilçisi), Samira Şabanova (EY Azərbaycan İnsan Resurslarının rəhbəri), Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri), Tural Kərimli (Yüksək Texnologiyalar Parkının icraçı direktoru), Ələkbər Mustafayev (“Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin icraçı direktoru) və başqa şəxslər yer alacaq.

Konfrans iki hissədən ibarət olacaq: birinci hissədə iştirakçılar peşəkar mütəxəssislər tərəfindən verilən seminarlarda iştirak edəcəklər. Burada şəxsi brendinizin qurulması, firavan ailənin təməli olan gender bərabərliyi, innovativ startapların yaradılması kimi mövzulara toxunulacaq. İkinci hissədə isə onlar komandada işləmək şansı əldə edib öz bilik və bacarıqlarını göstərərək kiçik layihələr qurub onları təqdim edəcəklər. Burada gənclər öz natiqlik, komandada işləmə, layihənin idarəedilməsi və s. bacarıqlarını inkişaf etdirə biləcəklər. Forumun sonunda ən aktiv seçilən komanda üzvlərini bu yay ödənişsiz 6 həftəlik AIESEC mübadilə proqramı ilə mükafatlandırılma şansı gözləyir!

AIESEC dünyanın 126 ölkəsində və ərazisində 1948-ci ildən fəaliyyət göstərən ən böyük gənclər təşkilatıdır. Təşkilatın əsas məqsədi gənclərin öz şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün platforma yaratmaqla bərabər, onların liderlik bacarıqlarının və multikulturalizm dəyərlərinin inkişafını təmin etməkdir.

AIESEC Azərbaycan 2006-cı ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda yaradılıb və son 12 ildə Azərbaycan gənclərinin inkişafına bir sıra töhvələr verib. Bu müddət ərzində AIESEC Azərbaycan dünyanın hər bir yerindən gələn iştirakçılarla birgə yüzlərlə layihə həyata keçirməklə bərabər, 5000-dən artıq gəncin yerli və beynəlxalq layihələrdən təcrübə qazanmasına kömək edib.

Forumda iştirak haqqı 20 manatdır. Qiymət 2 geniş şəbəkə yaratmaq üçün kofe fasiləsi, nahar fasiləsi və hər iştirakçı üçün xüsusi xatirə hədiyyələrinin təmin olunması üçün alınır. Konfransın sonunda hər kəs iştirak sertifikatları ilə təmin olunacaq.

Ünvan: Pullman Otel, Bakı

Tarix: 20 May, 2018

Qeydiyyat linki: bit.ly/YSFAze

Əlaqə nömrəsi: +994505888397

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

18 May 2018

By
@
backtotop