Vladimir Putin: Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb

Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıda Heydər Əliyev Mərkəzində açılan “Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Rusiya Prezident İdarəsinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.

Məktubda deyilir: “Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin məğzini anlamaq qabiliyyəti, böyük təşkilatçılıq istedadı ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb. Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə o, öz ölkəsinin əsl liderinə çevrildi, Azərbaycan ictimaiyyətinin möhkəmlənməsi üçün çox şey etdi. Qeyd edim ki, Heydər Əliyev Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələrinin qurulması, ölkələrimiz arasında səmərəli əməkdaşlığın möhkəmlənməsi və konstruktiv tərəfdaşlığı Azərbaycanın uğurlu inkişafının əsas şərtlərindən biri hesab edirdi. Sevindiricidir ki, bu kursu Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Bu böyük sərgi tarixçilərin, arxiv işçilərinin və dövlət qurumlarının nümayəndələrinin birgə səylərinin nəticəsidir. Bu sərgidə və onun hazırlığında iştirak edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 May 2018

By
@
backtotop