Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

2018-ci ilin aprel ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm İdarəsinin rəhbəri Georgi Çoqovadze deyib.

Onun sözlərinə görə, Gürcüstana aprel ayında, ümumilikdə, 596,7 min əcnəbi səfər edib ki, bu da ötən ilkindən 16,8 faiz artıqdır.

Azərbaycanlılardan başqa, ötən ay bu ölkəyə Rusiya (43,4 faiz çox), Türkiyə (29,2 faiz çox), İran (iki dəfə artıq), Fransa (24,7 faiz çox) və digər ölkələrdən də səfərlər artıb.

2018-ci ilin dörd ayı ərzində Gürcüstana 2,06 milyon nəfər, o cümlədən 937,3 min turist gəlib. Bu göstəricilər üzrə artım müvafiq olaraq 15,9% və 27,2% olub.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 May 2018

By
@
backtotop