Azərbaycanın 2017-ci ildə xaricə yönəldilmiş birbaşa investisiyalarının həcmi açıqlandı

2017-ci ilin yekunlarına əsasən Azərbaycanın xalis maliyyə aktivləri 5,42 milyard dollar təşkil edib. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 25,1 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yekunlarına əsasən, bu göstərici 7,24 milyard dollara bərabər olub.

Tədiyə balansından məlum olur ki, hesabat dövründə xalis maliyyə aktivləri Azərbaycanın xaricə yönəldilmiş birbaşa investisiyaları (2,56 milyard dollar), portfel investisiyaları (-80,9 milyon dollar), törəmə maliyyə alətləri (-3,8 milyon manat) və digər kapital qoyuluşları (2,94 milyard dollar) hesabına formalaşıb.

Birbaşa investisiyalardan 1,87 milyard dolları neft-qaz sektoruna, 694,1 milyon dolları digər sahələrə qoyulub.

Digər investisiyalara ticarət kreditləri və avanslar (2,17 milyard dollar), kreditlər və ssudalar (-33,8 milyon dollar), depozitlər və nağd valyuta (801,9 milyon dollar) daxil olub.

Hesabat dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri 5,22 milyard dollar məbləğində formalaşıb. Bunlardan 2,87 milyard dolları ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa investisiyaların, 2,59 milyard dolları isə portfel investisiyaların payına düşüb. Bundan başqa, hesabat dövründə ölkəyə 237,5 milyon dollar digər investisiya repatriasiya olunub.

Birbaşa investisiyaların 72,5 faizi (2,08 milyard dollar) Azərbaycanın neft-qaz sektoruna, qalan 785,8 milyon dolları isə digər sahələrə qoyulub.

Digər investisiyalara ticarət kreditləri və avanslar (351,6 milyon dollar), kreditlər və ssudalar 662 milyard dollar), depozitlər və nağd valyuta (-1,25 milyard dollar) daxil olub.

Mövzu
Oxşar xəbərlər

Azərbaycanın 2017-ci ildə xaricə yönəldilmiş birbaşa investisiyalarının həcmi açıqlandı

02 May 2018

By
@
backtotop