Hindistanda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edilib

Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycanın Hindistandakı, eyni zamanda Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada akkreditə olunmuş səfirliyi Yeni Dehli şəhərində təntənəli tədbir təşkil edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müvəqqəti işlər vəkili Ceyhun Əliyev tədbiri açaraq iştirakçılara Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, ərazisi, parlamentin qanunvericilik fəaliyyətləri, xarici siyasət və diplomatiyası barədə məlumatlandırıb.

Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, bu gün müstəqil dövlət kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyi və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğu tədbirdə iştirak edən Hindistan ictimaiyyətinə, səfirlərə, diplomat, jurnalist və mütəxəssislərə çatdırılıb.

Tədbirdə Hindistanın görkəmli dövlət xadimi, sabiq nazir Arif Məhəmməd Xan, Hindistanın YUNESKO İdarə Heyəti nümayəndələrindən professor C.S. Racput, Türkiyənin Hindistandakı səfiri Şakir Özkan Torunlar, Qazaxıstan səfiri Bulat Sarsenbayev, Hindistanın siyasi xadimlərindən Virender Kataria, ictimai-siyasi xadim və yazıçı Müzəffər Əhməd, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis və Hindistan Baş nazirinin sabiq nümayəndəsi, eyni zamanda Xarici işlər nazirinin sabiq müşaviri K.V. Rancan Azərbaycanın tarixi, ümummilli lider Heydər Əliyevin dünya tarixinə töhfələri, ölkəmizin müstəqillik yolu, azadlıq mübarizəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi müasir nailiyyətləri, Azərbaycan-Hindistan əlaqələri barədə çıxış ediblər.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Aprel 2018

By
@
backtotop