Tbilisidə qondarma “erməni soyqırımı” aksiyasına cavab aksiyası keçirilib

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin yaxınlığında qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın erməni icmasının təşkil etdiyi aksiyada Ermənistan və Gürcüstanın bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları qondarma “soyqırımı”nın tanınmasını tələb edərək, Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə səfirliyi ermənilərin aksiyasına cavab aksiyası təşkil edib. Səfirliyə gəlmiş Gürcüstanda yaşayan türkiyəli və azərbaycanlı gənclər, iş adamları Türkiyəyə dəstək ifadə ediblər.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, ermənilər yalanlarından əl çəkmirlər. Diplomat Türkiyəyə dəstək göstərən azərbaycanlılara təşəkkür edib.

Səfirlik qarşısında erməni terrorçularının qətlə yetirdikləri türk diplomatlarının fotoları sərgilənib.

Dəstək aksiyasının iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan bayraqları dalğalandırıblar. Aksiya “Erməni yalanlarına son!”, “Ermənilərin Qarabağdakı soyqırımlarını unutmadıq!” şüarları ilə keçirilib.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, Azərbaycan və Gürcüstan xalqına qarşı əsil soyqırımı ermənilər törədib.

Aksiyalarda təhlükəsizliyin təmin olunmasına çoxlu sayda polis cəlb olunub.

Mövzu
Oxşar xəbərlər

Tbilisidə qondarma “erməni soyqırımı” aksiyasına cavab aksiyası keçirilib

25 Aprel 2018

By
@
backtotop