Azərbaycan öz məhsullarını əsas 5 ölkəyə satır

2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 milyon ABŞ dolları olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib.
Diaspora.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən bildirir ki, 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27 faiz artıb. 2017-ci ilin 6 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan qərarlaşıb.
Belə ki, bu ilin 6 ayı ərzində Rusiyaya 274, Türkiyəyə 144, Gürcüstana 68, İsveçrəyə 67 və Türkmənistana isə 33 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin iyun ayına gəldikdə isə, qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. 2017-ci ilin may ayı ilə müqayisədə iyunda qeyri-neft sektoru üzrə ixrac 21 faiz artıb. İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısına Rusiya başçılıq edib. Sonrakı yerlərdə isə İsveçrə, Türkiyə, Gürcüstan, Türkmənistan və digər ölkələrin adları var.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

19 İyul 2017

By
@
backtotop