Dərc edilib: 01:22, 1 İyun, 2017 | 8 dəfə baxılıb

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilmişdir

2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə Vaşinqton şəhərinin meri Müryel Bouzer Bəyanat (Proclamation) imzalamışdır. Bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilkdünyəvi müsəlman Demokratik Respublikası olmuş və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququ vermişdir. Sənəddə həmçinin vurğulanır ki,dünyadakı Azərbaycanlılar 99 ildir ki, 28 may tarixini milli bayram kimi qeyd edir. Vaşinqton meri 2017-ci il ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü olduğu faktını da sənəddə xatırladır. Həmçinin, Azərbaycanın Vaşinqtondakı Səfirliyini Vaşinqton Meriyası ilə tərəfdaşlıqda şəhərin təhsil və mədəni müxtəlifliyinə töhfə verir.
Qeyd edək ki, ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilmişdir. Ümumiyyətlə isə ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 may Azərbaycan Milli Günü elan edilməsi təcrübəsi mövcuddur.

Diaspora.az