Dərc edilib: 23:10, 4 Aprel, 2016 | 2 dəfə baxılıb

22 ölkədə yaşayan bu azərbaycanlı gənclər Azərbaycanın ordu sıralarına qatılmağı arzu edirlər

Xarici ölkələrdə yaşayan gənc diaspor nümayəndələri son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması, Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərinin intensiv atəşə tutulmasından və dinc əhalinin qətlə yetirilməsindən dərin narahatlıqlarını ifadə edən bəyanat ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə,byanatda deyilir:

“Dünya ictimaiyyətinə və beynəlxalq qurumlara üz tutaraq bəyan edirik ki, beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud  və kütləvi şəkildə pozan Ermənistan dövlətinin özbaşınalığının nəticəsidir ki, bu gün ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hegemonluq edir və müntəzəm olaraq atəşkəs rejimini pozurlar.”

Bununla yanaşı, bəyanatda  həmçinin  Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq həyata keçirilən təxribat və diversiya aktları, xüsusilə də  mülki əhalinin  qəsdən qətlə yetirilməsi,  vətəndaşlara məxsus əmlakın məhv edilməsi qeyd olunaraq  bir daha adı çəkilən dövlətə qarşı qəti sanksiyaların tətbiq olunmasının vacibliyi vurğulanıb.

Bəyanatda həmçinin  gənc diaspor nümayəndələri Azərbaycan ordusunun hər qələbəsinə sevindiklərini  bildirərək döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərərək şəhid olan Milli Ordumuzun əsgərlərinə Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.

Sonda isə gənc diaspor nümayəndələri vurğulayıblar:

“Bir daha bəyan edirik ki, Qarabağdakı gecikməkdə olan ədalətin bərpa olunması naminə hər an Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini səbirsizliklə gözləyirik.”

Qeyd edək ki, bəyanat dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri-

Macarıstandan İbrahim Səfərli

Rumıniyadan İqbal Hacıyev

Latviyadan Amil Səlimov 

Latın Amerikadan Mahir Qurbanov

Amerikanın Orta Qərb Ştatlarından  Mehriban Məmmədova

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya Federasiyası nümayəndəsi Toğrul Allahverdili

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəsi Xəzri Elxanoğlu

Gürcüstandan Nərgiz Əliyeva

Parisdən Mirvari Fətəliyeva

Misirdən Ramil Niftaliyev

Kahramanmaraşdan Tural Şahbazlı

Moskvadan  Şamil Tağıyev

Çex Respublikasından Əbdül Əliyev

Almaniya  Federativ Respublikasından Elnur Rixter

Şimali Kiprdən Rəşad Bədirli

Sankt-Peterburqdan Zakir Nəbizadə

Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının icraçı rəhbər Zülfiqar İsmayılov

Kasyeridən  Ləman Süleymanlı

İtaliyadan   Məryəm Mehdiyeva

İndoneziyadan  Elmar İsgəndərov

Polşadan   Nail Əhməd

Latviyadan Azər Abbasov

Almaniya Dağ Yəhudiləri İcması Orxan Şafadiyev

Dünya Azərbaycanlıları Konqresi Türkiyə Gənclər nümayəndəliyinin rəhbəri Ertuğrul Cahandar

Estoniyadan Tural Şirinov

Aktaudan Firuzə Nəsibova

Qırğızıstandan Ehtiram Zakiroğlunun adından ünvanlanıb.

 

Diaspora.az